Rusiya və Ukraynanın XİN rəhbərləri bu ölkədə görüşəcək


Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın görüşü martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada görüş keçirməyə hazır olduqlarını təsdiqləyiblər. Hər iki nazir Antalyadakı toplantıda xüsusilə mənim də yer almağımı, üçlü formatda görüş olmasını istədilər”, - Çavuşoğlu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top