"TIR" sürücülərinin məmurlara görə bağladığı yol açıldı - YENİLƏNİB


Bakıda səhər saatlarında yük maşınlarının sürücüləri tərəfindən bağlanan Heydər Əliyev prospektində hərəkət təmin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, aparılan tədbirlər nəticəsində yollar açılıb:
"Hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb. Heydər Əliyev prospekti açılsa da, yollarda sıxlıq davam edir. Ona görə də vətəndaşlardan səbrli olmaları xahiş olunur".


***10:26

Bakıda TIR sürücüləri yolu bağlayıb. 
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 
Söhbət paytaxtın H.Əliyev prospektindən gedir. Bir neçə TIR sürücüsü maşını yolun ortasında saxlayaraq nəqliyyatın hərəkətinə mane yaradıb. 
TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazılıb:
“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.
Əraziyə Dövlət Yol Polisinin əməkdaşları da cəlb olunur.

 

***09:48
Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Nərimanov rayon ərazisində 4 “TIR” yolu bağlayaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə və şöbə müdüri Malik Əliyevə etirazlarını bildiriliblər.
Yük avtomobillərin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.
Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top