Jurnalistləri təhqir edən deputat ölkədə deyil - AÇIQLAMA


"Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim".
Yeniavaz.com
 xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
“İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi. Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”, - Ə. Amaşov vurğulayıb.
Qeyd edək ki, London məhkəməsi tərəfindən ailəsinə məxsus 5,6 milyon funt sterlinq müsadirə olunan deputat Cavanşir Feyziyev məsələ ilə bağlı yazdığı yazıda bu məsələyə fikir bildirən və deputatı tənqid edən jurnalistləri, həmçinin siyasətçiləri təhqir edib.

DİGƏR XƏBƏRLƏR

Top