Qardaşı oğlunu işdən çıxartdılar, kürəkəni istefa verdi


Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev sərəncam imzalayıb.
Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev isə “Atameken” Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri vəzifəsindən istefa verib.
Bu barədə Kulibayevin palatanın mətbuat xidməti tərəfindən dərc edilmiş rəyasət heyətinin üzvlərinə müraciətində deyilir.
Qeyd edək ki, Kulibayev Nazarbayevin ortancıl qızı Dinara Kulibayevanın əridir.

DİGƏR XƏBƏRLƏR

Top