Dünyada gedən proseslər təhlil edilərək nəticələr çıxarılmalıdır. Hazır ki, vəziyyətdə cavabdehliyi kim üzərinə almalıdır. Otuz il öncə Sovetlər Birliyi və Varşava paktının çökməsi ilə tək qütüblü bir dünya formalaşdı. Soyuq muharibəni qazanan qərb hakim gücə cevrildi. Lakin hakim və təsirli güc dünya üçün barış və istiqrar saxlaya bilmədi. Fərqli düşüncələr demokratiya və insan haklarının yumuşaq formasını şəkilləndirdi. Qondarma olaraq yaradılmış torpaq mübahisələri təsir mexanizmasına çevrildi. Uydurma düşüncələrə nail olmaq məqsədi ilə terorizm dəstəklənməyə başlandı. Belə ziddiyyətli məqamlardan birbaşa təsirlənən ölkələrdən biridə Azərbaycan oldu.
Azərbaycan topraqları artıq 30 ilə yaxın müddətə Ermənistan tarafından işğal edilmiş ve ölkəmizin topraq bütünlüyü pozulmuşdur. Düşmən 90-cı illərdə dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terrorlar, yanğınlar törətməklə torpaqlarımızı işğal etmiş və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün durumuna düşmüşdür. Dünya gücləri məsələnin beynəlxalq hüquq normalarına uyğun həll edilməli olduğunu bildirirdilər. Beynəlxalq hüquq isə birbaşa Azərbaycanın xeyrinə idi. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən BMT-nin Təhlükəsislik Şurasının 4 qərarı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Avropa İnsan Hakları Məhkəməsi ve digər beynəlxalq təşkilatların qərar və bəyanatları vardır. Lakin qətiyyətli mövqe sərgiləmədikləri üçün bu qərarlar yerinə yetirilmirdi. Ermənistan bütün qərarlara, tələblərə əhəmiyyət vermir, şovinist niyyətlərini həyata keçirməklə məşğul olurdu.
Azərbaycan neçə illərdir ki, sülh yolu ilə Dağlıq Qarabağın ətrafındakı rayonlardan erməni əsgərlərin çıxarılmasına, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasına çalışırdı. Lakin ATƏT-in Minsk qrupunun nümayəndələrinin illərdir “fikirləşərək tapdığı” isə Azərbaycan və Ermənistanın öz aralarında anlaşmaları fikri olmuşdur.
Aprel döyüşləri bu münaqişənin “dondurulmuş münaqişə” olmadığını göstərdi. Lakin Dağlıq Qarabağ bölgəsində müəyyən gərginlik yaranan kimi ATƏT-in Minsk qrupunun həmsədrləri narahat olmağa başlayır və bir az aktivləşirdilər. Qısacası vəziyyəti yenidən “dondurmağa” çalışırdılar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, bunu bütün dünya dövlətləri, ictimaiyyəti bilir. Buna baxmayaraq Azərbaycanın haqq işinə xüsusilə Avropa dövlətləri biganə yanaşır. Əslində bu dövlətlər etrmənipərəstliklərini nümayiş etdirirlər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Ermənistanın müharibəyə hazırlaşdığını, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı.
Qarşılaşdığımız bütün haqsızlıqlara baxmayaraq Azərbaycan inandığı yolda müvəffəqiyyətlə addımlayırdı. Bu yolu xalqın tam dəstəyini alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəyyən etmişdi. Cənab Prezidentimizin hansı təsirlərlə üzləşdiyini, dünyadakı bugünki xaoslar dövründə hansı zəhmətlər hesabına Azərbaycanda sabitliyi qoruyub saxladığını və davamlı inkişaf etdirdiyini xalqımız gözəl bilirdi. Şübhəsiz ki, bütün bunların təməlində Prezidentimizin Ulu öndərin yolunda əminliklə addımlaması dururdu.
Ermənistan Respublikasının hazırki rəhbərliyinin müharibə meyilli siyasəti, yeni torpaqlar üçün Azərbaycan Respublikasını təhrik edərək müharibəyə sövq etməsi dəfələrlə təkrarlanmışdır. Sivil xalqı hədəf alan erməni rəhbərliyinin mövqeyi Azərbaycan Respublikasının özünü müdafiəsinin hüquqi bazasını yaratmış və 27.09.2020-ci il tarixdə Azərbaycan ordusu bütün cəbhə boyu əks həmləyə keçmişdir. Azərbaycan öz torpaqlarını azad etmək niyyətindədir. İllər uzunu aparılan danışıqların müsbət nəticə vermədiyini, düşmənin sülh yolu ilə geri çəkilmədiyini görən Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın azad edilməsi yolunda əzmlə mübarizə aparırlar. Güclü və möhtəşəm Azərbaycan Ordusu ölkə prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti, torpaqlarımızın bir qarışı belə düşməndə qalmamalıdır devizini rəhbər tutaraq cəsarətlə döyüşür. Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Çünki şanlı Azərbaycan Ordusu düşmənlə döyüşməyə, torpaqlarını azad etməyə qadirdir. Müharibə başladığı gündən hər gün cəbhədən xoş xəbərlər gəlməyə başladı. Qarabağımızın tacı olan Şuşa şəhəri ermənilərdən azad edildi və demək olar ki müharibənin müqəddaratı həll olundu. Və sonunda gözlədiyimiz gün gəldi. 10.11.2020-ci il tarixdə Azərbaycan ordusu ermənilər üzərində qələbə qazandı və ermənilər məğlub olduqları barədə bəyannaməni imzaladılar.
Qeyd edim ki, Ordumuz o qədər güclənib ki, onun heç bir kənar yardıma, köməyə ehtiyacı qalmadı. Milli Ordumuzun qısa müddət ərzində qazandığı qələbələr, torpaqlarımızı azad etməsi, düşmənin qorxaraq geri qaçması Fransanı və digər qərəzli dövlət başçılarını narahat etdi. Bütün dünya bilir ki, Müstəqil Azərbaycan Respublikası artıq kiçik və zəif bir dövlət deyil. Azərbaycanda insan hüquq və azadlıqları qorunur, vətəndaşların həyat səviyyəsi yaxşılaşır.
Ölkəmizin vətəndaşları öz vətənpərvərlikləri ilə dünyaya göstərdi ki, Vətən uğrunda düşmənlə döyüşməklə ölümün gözünə dik baxaraq Azərbaycanın şərəfli tarixini yenidən yazdılar.
Dünyada barışın, ədalətin və istiqrarın saxlanmasında beynəlxalq münasibətlər sistemində inkişafın xarakterini müəyyən edən böyük dövlətlərin ədalətli, prinsipial və qətiyyətli olmaları lazımdır. Belə dövlətlər atdıqları addımlar, verdikləri bəyanatların məsuliyyətini dərk etməli, beynəlxalq hüququn qayda və prinsiplərini əsas götürməlidirlər. Əks təqdirdə dünyada barış və istiqrar üçün maneə törədən ikili fikirlərin olması münaqişələrin aradan qaldılmasını mümkünsüz edəcəkdir.
Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat şöbəsinin rəisi
Teymur Mustafayev