Azərbaycanda hər 1000 kişiyə 1004 qadın düşür

Bu il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9 milyon 904 min 850 nəfərə çataraq ilin əvvəlindən 6765 nəfər artıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.

DİGƏR XƏBƏRLƏR

Top