Ankara PYD liderinin ekstradisiyasını tələb edir


Türkiyə hökuməti Praqada saxlanılmış “Demokratik ittifaq” (PYD) kürd partiyasının lideri Salih Müslüm Məhəmmədin Ankaraya ekstradisiyası ilə bağlı danışıqlara başlayıb. Bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb. “Qeyd olunan şəxs (Müslüm Məhəmməd) Çexiyada olan zaman, onun həbs olunması və ölkəmizə ekstradisiya olunması üçün lazımı tədbirlər görülüb”, - deyə, Türkiyə nazirliyin bəyanatında qeyd olunur.

Türkiyə hökuməti “Demokratik ittifaqın” (PYD), YPQ terrorçu qruplaşması ilə əlaqəli olduğunu hesab edir. Hazırda türk silahlı qüvvələri Suriyanın Afrin bölgəsində YPQ terrorçularına qarşı əməliyyat aparır.

Xatırladaq ki, bundan əvvəl qeyd olunan kürd partiyasının lideri Çexiya yerli hüquq mühafizə orqanları əməkdaşları tərəfindən Ankaranın sorğusu əsasında saxlanılıb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top