Şirvanda “Odessa” Teyyub güllələnib

Ötən gün axşam saatlarında Şirvan şəhərində 52 yaşlı kişi güllələnib. Ayağından tapança yarası alan Şirvan şəhər sakini Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Əldə etdiyimiz məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.

solda Teyyub Tağıyev, sağda Rahim Ələkbərov

2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb. Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi də müəyyən olunub. Faktla bağlı araşdırmalar davam edir.

Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top