Afrində 2018 terrorçu məhv edilib

Türkiyənin Suriyanın Afrin şəhərində "Zeytun budağı" adı altında həyata keçirdiyi anti-terror əməliyyatı zamanı məhv edilən yaraqlıların sayı 2018 nəfərə çatıb. NTV telekanalı xəbər verir ki, bu barədə Türkiyə ordusunun baş qərargahı məlumat yayıb. PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına qarşı hava və quru əməliyyatlarının davam etdirildiyi bildirilir. Həmçinin qeyd olunur ki, Afrinin şimal-qərbindəki Şeyx Məhəmmədəli, Dudu, Semalık, Velikli, Kavanda kəndləri terrorçulardan təmizlənib. Report

DİGƏR XƏBƏRLƏR

Top