Ərdoğan: Sementlərin, betonların Afrinə haradan gətirildiyini bilirik

“Biz Suriyanın Afrin bölgəsinə sementlərin, betonların haradan gəldiyini bilirik”. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib: “Nələr ediblər, o dağları deşiblər, sementlər, betonlar o dağlara haradan gəlib? Hamısını bilirik. Haradan gətirildiyini bilirik. Bunları telefon danışıqlarında özlərinə deyəcəm. Bax, bunlara (terrotçulara) beton qarışdıran mikserlər ilə birlikdə siz göndərdiniz bu betonları. Bunlara bu tunelləri siz düzətdirdiniz. Oralarda bu tunellər ilə terrorçulara yaşamaq imkanı verdiniz. Bundan sonra Türkiyəyə, türk millətinə dərs verməyin. Dərs alacaq varsa, o da sizsiniz”.

Qeyd edək ki, Afrində terrorçuların mövqeləri, istinadgahları sement və betondan hazırlanıb ki, bu da onların daha yaxşı müdafiə olunmasına və az itki verməsinə imkan yaradır.

DİGƏR XƏBƏRLƏR

Top