Əmrah konsert üçün 30 bitkoin istəyib

“Twitter” və “Facebook” şirkətlərində səhm alan Türkiyənin tanınmış müğənnisi Əmrah konsert və reklam təkliflərinin qarşılığında firmalardan pul qismində bitkoin kriptovalyutası istəyib.

Yeniavaz.com-un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, Əmrah reklam sazişləri, konsert və serial kimi bir çox sahələrdə ödənişləri rəqəmsal valyuta ilə həyata keçirilməsini tələb edib.

Müğənni bir neçə gün əvvəl xaricdən gələn konsert təklifi qarşılığında 30 bitkoin (təxminən 600 min manat) istəyib.

DİGƏR XƏBƏRLƏR

Top