Yanvarda Naxçıvana adambaşına 4,9 dollarlıq məhsul idxal olunub

2018-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 26 milyon 144 min 600 dollar dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. Yeniavaz.com Naxçıvan Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ixracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 23 milyon 902 min 100 dollar təşkil edib, 21 milyon 659 min 600 dolları dəyərində müsbət saldo yaranıb. Nəticədə, Naxçıvanda adambaçına düşən ixrac 52,8 dollar, adambaşına düşən idxal isə 4,9 dollar olub.

Qeyd edək ki, adambaşına düşən idxal üzrə göstərici ölkə üzrə qeydə alınan göstəricidən 14 dəfə azdır. Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında Azərbaycanda adambaşına düşən idxal dəyər ifadəsində 69,5 dollar, ixrac isə 104,9 dollar olub.

Naxçıvanda qeydə alınan ümumi ixrac göstəricisi isə ölkə üzrə qeydə alınan ixrac göstəricisindən 43,4 dəfə, idxal göstəricisi isə 30,7 dəfə azdır.

DİGƏR XƏBƏRLƏR

Top