İstanbulda Rusiya əleyhinə aksiya keçirilir

Suriyadakı hadisələrlə əlaqədar olaraq Rusiyanın İstanbuldakı Baş Konsulluğu yaxınlığında antirusiya aksiyası keçirilir.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın diplomatik missiyasının mətbuat katibi Sergey Losev deyib.

Onun sözlərinə görə, aksiyada təqribən 200 nəfər iştirak edir: “Aksiya təşkilatçıları bizə məlumdur. Türkiyə polisi Baş Konsulluğun təhlükəsizliyini tam təmin edir. Vəziyyət sabitdir”.

Etiraz aksiyası Şərqi Qutada baş verən hadisələr səbəbindən keçirilir. Aksiya iştirakçıları Rusiya və İran əleyhinə şüarlar səsləndirirlər.

Qeyd edək ki, Suriya reüjiminin mühasirədə olan Şərqi Qutaya endirdiyi zərbələr nəticəsində son bir neçə gündə yüzlərlə dinc sakin həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top