Suriya hökumətinə yönümlü qoşunlar Afrinə girməyə başladı

Suriya hökumətinə yönümlü qoşunlar Afrinə girməyə başlayıblar. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Hizbulla” partiyasındakı mənbə deyib. Silahlı dəstələr Afrinə Hələbdən gəlirlər. Rəsmi Dəməşq baş verənlər barədə hələ şərh verməyib. PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin sözçüsü Birusk Heseke bildirib ki, rejimyönlü milislər Afrinin sərhədlərində yerləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top