Malayziya firması İslam kriptovalyutasını buraxır

Mənzil-qərargahı Malayziyada yerləşən “HelloGold” firması qızılla təmin edilmiş GOLDX kriptovalyutasının buraxılması üçün şəriət sertifikatı alıb. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, firma ilin sonunadək Tailandda qızıl ticatəti üzrə platformanı işə salmağı planlaşdırır. Digər kriptovalyutalardan fərqli olaraq, GOLDX gerçək qızılla təmin ediləcək və onlar Sinqapur anbarında saxlanılacaq. Bundan başqa, kriptovalyuta ilə əməliyyatların vaxtı tənzimlənəcək. Şirkət ümid edir ki, bu qaydalar İslam maliyyə müqavilələrinin əsas qaydalarına əməl etməyə imkan verəcək: müəyyənlik, şəffaflıq və tranzaksiyaların sürəti. GOLDX işə salındıqdan sonra İslam dünyası üçün hazırlanmış və şəriət hüququnun biliciləri tərəfindən təqdir edilmiş ilk kriptovalyuta olacaq. “HelloGold” şirkəti artıq Malayziyada mobil tətbiqi istifadəyə verib.

DİGƏR XƏBƏRLƏR

Top