Milli Məclisin mart ayında keçiriləcək iclaslarının vaxtı məlum olub

Azərbaycan Milli Məclisinin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı açıqlanıb. Toplantıların martın 6-da, 16-da və 30-da keçirilməsi planlaşdırılır. Martın 16-da keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Artur Rasi-zadənin təqdim edəcəyi gözlənilir. Martın 30-da keçiriləcək iclas isə 31 Mart soyqırımının 100 illiyi ilə bağlı olacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top