Tehranda iğtişaşlara görə 300 nəfər həbs olunub

İranın daxili təhlükəsizlik qüvvələri Tehranın şimal-şərqində polislə baş vermiş toqquşmalara görə 300 nəfəri saxlayıb. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, ötən gün axşam ölkədəki ən böyük sufi sektalarından biri olan "Dərvişi Qonabadi"nın üzvləri (İran hakimiyyətini təqib və diskriminasiyada ittiham edirlər) Pasdaran rayonunda İran daxili təhlükəsizlik qüvvələrinə hücum ediblər. Nəticədə 3 polis zabiti həlak olub, daha 30 nəfər yaralanıb. İğtişaşlar İran paytaxtında bu gün də davam edib. Onlarla nümayişçi Pasdaran rayonunda küçəyə çıxıb. Saxlanılanlar və xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top