Adambaşına düşən qeyri-neft məhsullarının ixracı: Azərbaycanda 12,7, Gürcüstanda 59,7 dollar

Bu ilin yanvar ayı ərzində xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 874,8 milyon dollar dəyərində 1,8 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 84,2%-ni təşkil edib.

Xam neftdən sonra xarici ölkələrə ən çox meyvə-tərəvəz satılıb. İxrac olunan meyvə-tərəvəzin dəyəri isə 34,9 milyon dollar təşkil edib. Meyvə-tərəvəzdən sonra xarici ölkələrə ən çox təbii qaz ixrac edilib ki, onu da dəyəri 22,7 milyon dollara bərabər olub. Bunlardan başqa ötən bir ay ərzində xaricə 15,8 milyon dollarlıq neft məhsulları satmışıq.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları, təbi qaz və meyvə-tərəvəzdən sonra alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2017-ci ilin yanvar ayında xarici ölkələrə 9,3 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 10,3 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 4,9 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 3,5 milyon dollarlıq kimya sinayesi məhsulları, 2,5 milyon dollarlıq elektrik enerjisi, 1,57 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, ötən ay pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. 2017-ci ilin yanvar ayı ərzində xarici ölkələrə 6,57 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.

Ümumilikdə xam neft, neft məhsulları və təbi qaz ixracını nəzərə almasaq yanvar ayı ərzində xaricə 126,4 milyon dollar dəyərində qeyri-neft məhsulları satmışıq. Nəticədə adambaşına düşən qeyri-neft məhsullarının ixracı 12,7 dollara bərabər olub.

Məlumat üçün qeyd edək ki, qonşu Gürcüstanda bu göstərici yanvar ayında 59,7 dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top