Kolbasa istehsalı kəskin artıb

2016-cı illə müqayisədə 2017-ci ildə tütün məmulatlarının istehsalında 7,9 faiz, qida məhsullarının istehsalında 1 faiz, içki istehsalında isə 17,2 faiz artım müşahidə olunub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 9,2 faiz, kolbasa məmulatlarının istehsalı 30,4 faiz, duru bitki yağlarının istehsalı 2,4 faiz, marqarin istehsalı 8,6 faiz, cem və marmeladların istehsalı 0,8 faiz, pivə istehsalı 39,7 faiz, alkoqolsuz içkilərin istehsalı 1 faiz artıb, qənd və şəkər tozu istehsalı isə 45,5 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top