Boşanan və evlənənlərin sayı məlum oldu

2017-ci ilin 11 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 57 min 177 nikah və 13 min 345 boşanma halları qeydə alınıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Bundan başqa cari ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2751 nəfər Azərbaycana gələn, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top