İranda ingilis dilinin tədrisinə qadağa qoyuldu

İranda ibtidai məktəbdə ingilis dilinin tədrisinə qadağa qoyulub.

Bu barədə “Reuters” ölkənin Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Mehdi Navid-Ədhama istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İranın ali dini lideri Əli Xamenei bəyan edib ki, ingilis dilinin tədrisi qərb “mədəniyyətinin ekspansiyası”na yol açır.

“Dövlət və qeyri-dövlət ibtidai məktəblərində ingilis dilinin rəsmi cədvəl üzrə təıdrisi qanun və normativ aktları pozur”, - Mehdi Navid-Ədhəm deyib.“Qafqazinfo”

DİGƏR XƏBƏRLƏR

Top