Firdovsi Umudov: İdmanı siyasətdən uzaq tutmaq istəsək də…

Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar

Qripdən qorunmaq üçün nə etməli - Rusiyalı həkimdən məsləhət

Bazar ertəsi, 26 fevral 2018
TR EN RU

Menu

Bazar ertəsi, 26 fevral 2018
EN TR RU

CƏMİYYƏT

“Qara qızıl”ın artan qiymətləri büdcəyə yenidən baxılmasına ehtiyac yaradacaqmı?

07.01.2018 20:19

Dünya birjalarında neftin qiyməti əvvəlki günlərlə müqayisədə ucuzlaşıb. Buna baxmayaraq, neft 2018-ci ilə yüksək rəqəmlərlə start verib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin 1 barrelinin qiyməti 0,45 dollar ucuzlaşaraq 67,62 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin 1 barrelinin qiyməti isə 0,57 dollar azalaraq 61,44 dollar təşkil edib.

Xatırladaq ki, yanvarın 5-də “AzəriLayt” markalı neftin 1 barreli 70,54 dollar satılıb. Həmin gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin 1 barrelinin qiyməti 68,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin 1barrelinin qiyməti 61,95 dollar olub.

2018-ci ilin dövlət büdcəsində neftin 1 barreli 45 dollardan götürülüb. Neftin qiymətləri qarşıdakı vaxtlarda artmaqda davam edərsə, büdcəyə yenidən baxıla bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, buna ehtiyac yoxdur:

“Neftin indiki qiymətləri büdcə üçün olduqca əlverişlidir. Amma qiymətlərin nə qədər qalıcığı olacağını proqnozlaşdırmaq çətindir. Ümumilikdə, bu il neft qiymətləri 55-60 dollar civarında proqnozlaşdırılır. Ancaq büdcədə neftin bir barelinin 45 dollar götürülməsi normaldır. Əsas büdcənin şəffaflıq məsələsidir. Büdcə xərclərinə nəzarət edən Hesablama Palatası var. Əsas odur ki, şəffaflıq qorunsun, bu mexanizm işləsin”.

Deputat bildirib ki, neftin artan qiymətləri dövlət büdcəsinə transfer ediləcək. Modern.az

Oxundu 206

© 2018 - NSPSOLUTIONS