Qəzalı binadan köçürülən qadının gizlətdiyi pulları yoxa çıxdı - ŞİKAYƏT

Bakıda qəzalı binadan köçürülən qadın pullarının və qızıllarının oğurlandığını aşkar edib. Gəncə prospekti 20 ünvanında yerləşən qəzalı binadan köçürülən Ağdam sakini, 1976-cı il təvəllüdlü Məmmədova Şərgiyyə İsa qızı polisə müraciət edərək bildirib ki, köçürülən ev əşyalarının içərisində gizlətdiyi 5120 manat pul və qızıl zinət əşyaları naməlum şəraitdə oğurlanıb.

Qadın əlavə edib ki, qəzalı şəraitdə olduğundan həmin binanı bir müddət əvəvl tərk edib və əşyalar köçürülərkən orada olmayıb.

Araşdırma aparılır.lent.az

DİGƏR XƏBƏRLƏR

Top