Suriya daha iki generalını itirdi

Suriyada son səkkiz gün ərzində beş briqada generalı ölüb.

Bu barədə silahlı münaqişələrin təhlili ilə məşğul olan “WarJournal” Telegram kanalı məlumat yayıb.

Məlumata əsasən, bazar günü “Bəbir” ləqəbli Suriya Quru Qoşunlarının generalı Hassan Hayder ölüb. O bir neçə gün əvvəl Harast şəhərində hərbi baza uğrunda döyüşlərdə ağır yaralanmışdı.

Bundan əlavə yanvarın 3-də Harastda döyüşlər zamanı general İbrahim Yunus Dabrah öldürülmüşdü.

Qeyd edək ki, dekabrın sonlarında üsyançılarla döyüşlərdə üç briqada generalı həlak olmuşdu: Həbib Mahrez Yunis, Əli Diop və Məhəmməd Cenad .oxu.az

DİGƏR XƏBƏRLƏR

Top