Gürcüstana 1,7 milyon azərbaycanlı səfər edib - ÖLKƏLƏRİN SİYAHISI

Ötən il Gürcüstana səfər edən turistlərin sayı 2016-cı illə müqayisədə 18,8% artaraq 7 milyon 554 min 936 nəfərə çatıb. Yeniavaz.com Gürcüstanın Milli Turizm Adminstrasiyasının açıqladığı məlumatlara istinadən bildirir ki, 2017-ci ildə Gürcüstana ən çox turist Ermənistandan səfər edib. Ermənistandan Gürcüstana gedən turistlərin sayı 1 milyon 718 min nəfər olub və bu 2016-cı illə müqayisədə 14,8% çox olub. İkinci sırada Azərbaycandan gedən turistlər yer alıb - 1 milyon 695 min nəfər. Azərbaycandan gedən turistlərin sayı isə son bir ildə 11,2% artıb. Bundan başqa Gürcüstana Rusiyadan 1 milyon 392,6 min (34,1% artım), Türkiyədən 1 milyon 246,7 min (0,8% azalma) və İrandan 323 min (118.3% artım) turist səfər edib.

Avropa ölkələrindən Gürcüstana səfər edən turistlərin də sayında artım olub. Belə ki, 2016-cı illə müqayisədə ötən Gürcüstana səfər edən İngiltərə vətəndaşlarının sayı 39,9%, Hollandiya vətəndaşlarının sayı 31,1%, İspaniya vətəndaşlarının sayı 29,9%, Fransa vətəndaşlarının sayı 29,6%, Almaniya vətəndaşlarının sayı isə 25,7% artıb.

Ən çox artım isə ərəb ölkələrindən gələn turistlərin sayında qeydə alınıb. İordaniyadan Gürcüstana səfər edənlərin sayı 316,1%, Səudiyyə Ərəbistanından səfər edənlərin sayı 154,3%, Küveytdən səfər edənlərin sayı isə 164,6% artıb.

DİGƏR XƏBƏRLƏR

Top