Aralıq dənizi ilə Avropaya gələn və yolda ölən miqrantların sayı bilindi

2017-ci ildə Aralıq dənizi ilə Avropaya gəlmiş miqrant və qaçqınların sayı 171 mini ötüb, 3 mindən çoxu isə yolda ölüb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Coel Millman deyib. O bildirib ki, ötən il Avropaya dəniz yolu ilə 171 635 miqrant və qaçqın gəlib. C. Millmanın sözlərinə görə, söhbət ilkin məlumatlardan gedir: “İtaliya 119 mindən çox, Yunanıstan 29 mindən çox, İspaniya 21 mindən çox və Kipr isə mindən çox miqrant və qaçqın qəbul edib. 2016-cı ildə gələnlərin sayı 363 min nəfəri ötürdü”.

O qeyd edib ki, 2017-ci il yanvarın 1-dən dekabrın 20-dək Aralıq dənizində 3116 nəfər həlak olub, 2016-cı ildə 5143 ölüm faktı təsbit edilib: “Ötən 12 ay ərzində dünyada ümumilikdə 5376 miqrant və qaçqın həlak olub. 2016-cı ildə isə dünyada 7932 miqrant ölüb”.

DİGƏR XƏBƏRLƏR

Top