“Dow Jones” indeksi rekord müəyyənləşdirdi

ABŞ-ın fond indeksi “Dow Jones” yeni rekord müəyyənləşdirib. “Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, indeks 25 000 bənd səviyyyəsini ötüb. Hazırda “Dow Jones” indeksi 25 038,37 bənd təşkil edir. O, gün ərzində 0,46 faiz artıb. “Dow Jones” bir il əvvəl yanvarın 25-də ilk dəfə olaraq 20 000 bənd həddini aşıb.

DİGƏR XƏBƏRLƏR

Top