Özünə qiymət qoydu - PSJ və “Mançester Yunayted”ə ismarıc göndərdi

“Real” Madridin hücumçusu Kriştiano Ronaldo klub rəhbərliyindən 2018-ci ilin yayında onu maksimum 100 milyon avroya satmasını istəyib.

“Yeniavaz.com”un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu bununla PSJ və “Mançester Yunayted”ə ismarıc göndərib ki, əgər istəsə, klubu tərk edə bilər. Bununla belə, K. Ronaldonun 2016-cı ilin noyabrında “Real”la imzaladığı müqaviləyə əsasən, onu almaq istəyən komanda 1 milyard avro ödəmilidir. Qeyd edilir ki, K. Ronaldo ilə “Real”ın prezidenti Florentoni Peres arasında münasibətlər həddən ziyadə pisləşib.

DİGƏR XƏBƏRLƏR

Top