İspaniya millisinin baş məşqçisi: “Azərbaycanla qarşılaşma çox çətin olacaq”

“2018-ci ildəki ən vacib vəzifəmiz Avropa çempionu adını qazanmaqdı. Biz bu titulu yenidən əldən etmək üçün alışıb-yanırıq”. Bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes deyib. UEFA-nın rəsmi saytına müsahibə verən təcrübəli mütəxəssis Sloveniyada keçiriləcək qitə çempionatındakı hədəflərini açıqlayıb. AVRO-2018-in qrup mərhələsində Azərbaycan və Fransa milliləri ilə görüşəcək ispaniyalıların çalışdırıcısı rəqiblərini də dəyərləndirib: “Bütün hazırlığımız qızıl medallar qazanmağa yönəlib. Qrupdakı rəqiblərimizdən Fransa yarışın debütantıdı. Amma bu komanda son iki ildə çox inkişaf edib. Onlar oyun planı və yanaşmada da dəyişiblər. Azərbaycan millisi isə çox çalışqan komandadı. Düşünürəm ki, onlarla qarşılaşma çox çətin olacaq”. Qeyd edək ki, D qrupunda mübarizə aparacaq Azərbaycan və İspaniya milliləri fevralın 4-də keçiriləcək III turda üz-üzə gələcək.Apasport

DİGƏR XƏBƏRLƏR

Top