“Təmiz idmançı”ların adları açıqlandı


“Ölkədə anti-dopinq işlərinin aparılması üçün yetərli baza yoxdur”. Bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib. Onun sözlərinə görə, hazırda dövlət qurumları və idman təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalanır: “Yaxın vaxtlarda Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq memorandumu imzalanacaq. Ölkədən giriş-çıxış məsələləri çox vacibdir. Artıq idmançılar ölkədə olub-olmadıqlarına dair düzgün məlumat vermədikdə, Dövlət Sərhəd Xidmətindən dəqiq məlumat ala biləcəyik. Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edirik. Gənclər və İdman Nazirliyi bizə dəstək olur”. Şəfəq Hüseynli bildirib ki, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təmiz idman səfirləri seçilib: “Səfirlər qurumun təşkil edəcəyi tədbirlərə qatılaraq idmanın dopinqsiz olması istiqamətində təbliğat işlərində fəal iştirak edəcəklər”.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top