“WhatsApp” gələn il bəzi telefonlarda işləməyəcək

“WhatsApp” messenceri 2018-ci ildə bəzi populyar əməliyyat sistemlərini dəstəkləməkdən imtina etmək qərarına gəlib.

“Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, “WhatsApp” 2018-ci il yanvarın 1-dən başlayaraq ОС Windows 8.0 və ya daha yuxarı, eləcə də BlackBerry OS və ya BlackBerry 10. smartfonlarında işləməyəcək. Messencer komandası xəbərdarlıq edib ki, dəstəkdən imtina tədricən baş verəcək, lakin yekunda bu cür qurğuların sahiblərində bir çox funksiya sadəcə olaraq itəcək. Bundan başqa, gələn il Nokia S40, 2020-ci ilədək isə Android 2.3.7 və daha yuxarı bazada işləyən smartfonlardan imtina etmək planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top