Rusiya hərbi xərclərə 46, ABŞ isə 700 milyard dollar xərcləyəcək

Moskva Vaşinqton kimi iri məbləğdə hərbi xərcləri özünə rəva görə bilməz.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Rusiyanın müdafiəyə çəkdiyi xərclər ölkənin müdafiə qabiliyyətini qorumaq üçün bütöv şəkildə kifayət edir.

V. Putin qeyd edib ki, Rusiya 2018-ci ildə hərbi xərclərə 46 milyard dollardan çox vəsait ayıracaq, halbuki ABŞ-da 700 milyard dollar həcmində hərbi xərclərə dair qanun qəbul edilib: “Rusiya bu cür hərbi xərcləri özünə rəva görə bilərmi? Xeyr”.

DİGƏR XƏBƏRLƏR

Top