Bakı sakini ölümlə hədələni.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 12-də saat 3:00 radələrində Nəsimi rayonunun Moskva prospektindəki kafelərin birində 3 naməlum şəxs Bakı şəhər sakini Rüfət Quliyevi öldürəcəkləri ilə hədələyib, onun 1000 avro və 200 manatını alıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlərdən biri - paytaxt sakini olan bir yeniyetmə saxlanılıb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır. APA