FBİ-nın Türkiyə nümayəndəsi polis idarəsinə çağırılıb

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb. Buna səbəb ABŞ-da keçirilən məhkəmə prosesində şahid qismində ifadə verən Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədən qaçmış üzvü, keçmiş polis rəisi müavini Hüseyin Korkmazın irəli sürdüyü iddialardır.

Qeyd edək ki, H.Korkmaz Nyu-Yorkda saxlanılan Türkiyə Xalq Bankının keçmiş sədr müavini Hakan Atillanın məhkəməsində FBİ-nin ona 50 min dollar verdiyini və ABŞ-da qaldığı evin kirayəsini prokurorluğun ödədiyini bildirib. report

DİGƏR XƏBƏRLƏR

Top