Bakıda məhbusun ölməsinin səbəbi məlum olub

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib. Penitensiar Xidmətin Tibb Baş İdarəsindən verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb. Penitensiar Xidmətdən bildirilib ki, məhkumun ölümündə müəssisə əməkdaşının rolunun olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. apa

DİGƏR XƏBƏRLƏR

Top