Xaricə satdığımız məhsulların 31 faizi İtaliyanın payına düşüb

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 1 milyard 363,9 milyon dollar (ümumi idxalın 17,5%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ilin ilk 11 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 1 milyard 144 milyon (ümumi idxalın 14,7%-i) və 761,7 milyon dollarlıq (9,8%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri ABŞ (681,5 milyon dollar), Ukrayna (408,4 milyon dollar), Almaniya (382,7 milyon dollar), İtaliya (282,5 milyon dollar), İran (213,8 milyon dollar), Böyük Britaniya (213 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-ci ilin yanvar-noyabr ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 11 ay ərzində bu ölkəyə 3 milyard 926,6 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 31,4%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 1 milyard 309,4 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 10,5%-i). Həmçinin 564 milyon dollar dəyərində məhsul İsrailə satılıb. Rusiyaya 528,9 milyon dollar, Kanadaya 485,2 milyon dollar, Çexiyaya 476 milyon dollar, Almaniyaya 448,4 milyon dollar, Çinə 440,3 milyon dollar, Gürcüstana 426,5 milyon dollar, İndoneziyaya isə 402,9 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Portuqaliya (381 milyon dollar), Hindistan (365,1 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top