İsrail bu şəxsi ərəb dünyasının lideri adlandırdı

Səudiyyə Ərəbistanı ərəb dünyasının lider ölkəsidir.

“Yeniavaz.com”un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, bunu İsrailin kəşfiyyat və atom enerjisi naziri İsrael Kats deyib.

O, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı ərəb dünyasının lideri olaraq İsrailə səfərə dəvət edib.

İ. Kats ABŞ Prezidenti Donald Trampın Qüds qərarından sonra iflasa uğrayan İsrail-Fələstin sülh prosesinin sponsoru olaraq Səudiyyə Ərəbistanını görmək istədiklərini bildirib: “İbn Salmanın İsrailə gəlməsindən və prosesdə vasitəçiliyi üzərlərinə götürməsindən məmnun olacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top