Bakıda zəncirvari yol qəzası baş verib. Hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində baş verib. Prospektdə hərəkət edən beton qarışdıran yük maşını "Toyota - Prado" və "Hyundai-Santafee" ilə toqquşub. Qəza nəticəsində Mətbuat prospektində böyük tıxac yaranıb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Yol polisləri prospektdə hərəkəti bərpa etməyə çalışır. Qəzada avtomobillərə ciddi ziyan dəyib.Trend