Ronaldinyo meydanın mərkəzindən qol vurub - VİDEO

Məşhur braziliyalı futbolçu Ronaldinyo baxımlı qola imza atıb.

Ulduz oyunçu öz dostları ilə Braziliya futbolunun tanınmış nümayəndələri arasında təşkil edilən xeyriyyə matçında fərqlənib.

O, komandasının 6:9 hesabı ilə uduzduğu görüşdə meydanın mərkəzindən qol vurub.

Qeyd edək ki, Braziliya yığmasının keçmiş hücumçusu karyerası ərzində Fransanın PSJ, İspaniyanın “Barselona”, İtaliyanın “Milan”, Meksikanın “Keretaro”, eləcə də vətənində “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro” və “Fluminese” komandalarının formasını geyinib. O, 2015-ci ildə futbolçu karyerasını başa vuraraq, futzala keçib. Report

video

DİGƏR XƏBƏRLƏR

Top