Myanma və Banqladeş arakanlı müsəlmanlar barədə saziş imzaladı

Myanma və Banqladeş arakanlı müsəlmanlar (rohinca) barədə anlaşma sazişi imzalayıblar. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, saziş arakanlı müsəlmanların ölkələrinə qayıtmasını nəzərdə tutur. Myanmanın Miqrasiya Nazirliyinin müşaviri Myinq Kyainq bildirib ki, ölkəsi Banqladeş şəxsi məlumat formalarını göndərəcəyi arakanlı müsəlmanları qəbul etməyə hazırdır. Banqladeş avqustun 25-dən bəri ölkəyə sığınan 600 mindən çox arakanlı müsəlmanım yurdlarına qayıtmalı olduğunu bəyan edirdi. Myanma isə ölkədəki zülmdən qaçaraq Banqladeşə pənah aparmış yüz minlərlə arakanlıyı vətəndaş olaraq qəbul etməkdən imtina edirdi. Sazişin imzalanması isə ABŞ dövlət katibi Reks Tillersonun Myanmada baş verənləri etnik təmizləmə adlandırmasından sonra reallaşıb. O, həmçinin qətliamlara görə məsuliyyət daşıyanların məhkəmə qarşı çıxarılmasının vacibliyini vurğulayıb. R. Tillerson zorakılığa rəvac verənlərə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdıqlarını da əlavə edib. Xatırladaq ki, Myanma ordusunun silahlılarla mübarizə apardıqlarını önə sürərək Arakanda dinc sakinlərə hücumları nətəcəsində avqustun 25-dən bəri minlərlə müsəlman həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top