Azərbaycanda ən çox ən az işləyən peşə sahibləri SİYAHI

Bu ilin yanvar-oktyab aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,7 saat təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, Azərbaycanda ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahənin işçiləri ay ərzində orta hesabla 160,1 saat işləyirlər. Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 149,1 saat işləyiblər.

Digər sahələrdə isə ay ərzində iş saatlarının miqdarı belə olub:

İqtisadi fəaliyyət növləri

İş saatlarının miqdarı (saat)

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

150,3

Mədənçıxarma sənayesi

152,0

Emal sənayesi

149,7

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

148,7

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

156,0

Tikinti

153,1

Ticarət; nəqliyyat vasitələrinin təmiri

160,1

Nəqliyyat və anbar təsərrüfatı

146,5

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

155,7

İnformasiya və rabitə

153,8

Maliyyə və sığorta fəaliyyəti

153,5

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

152,5

Peşə, elmi və texniki fəaliyyət

153,0

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

151,0

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

154,9

Təhsil

145,2

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

149,1

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

151,8

Digər sahələrdə xidmətlərin göstərilməsi

149,1

DİGƏR XƏBƏRLƏR

Top