Danimarkada Kərkük və Qarabağ müzakirəsi

Danimarkanın paytaxtı Kopenhagen şəhərində Azərbaycan, Türk, Türkman Cəmiyyətlərinin nümayəndələri Kərkük və Qarabağ üçün Türk Ocağında bir araya gəliblər. Tədbirdə Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Kopenhagen Ülkü Ocaqları başqanı Şərəf Sarac və başqa diaspor fəalları iştirak ediblər. Türkman Ocağının sədri Yurtan Karvançı öncə qonaqları salamlayıb. Türkman cəbhəsinin rəhbəri, İraq parlamentinin deputatı Erşad Salehi telefon bağlantısı ilə tədbirə qoşularaq, Kərkükün siyasi və hərbi vəziyyəti barədə geniş məlumat verib. Danimarkadakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi öz çıxışında xalqımızın hər zaman qardaş Türkman xalqını dəstəklədiyini və yanında olduqlarını vurğulayıb. O, çıxışında türk xalqının Qarabağ məsələsində birgə dirəniş göstərdiyini qeyd edib. Sonda Azərbaycan, Türk, Türkman Cəmiyyətlərinin rəhbər və fəalları gələcəkdə birgə tədbirlərin keçirilməsi və fəaliyyət göstərmələri barədə müzakirələr aparıblar.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top