Qaçan məhkumların kimliyi və nədə ittiham edildikləri məlum olub - YENİLƏNİB

Bakıda qaçan məhbusların adları məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

9:39

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Həmin məhkumla Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayananda onlardan ikisi qaçmağa nail olub. Hazırda qaçan məhkumların axtarışı davam edir.Apa

DİGƏR XƏBƏRLƏR

Top