XİN: Moskva Bakının mövqeyini anlaya bilmir

Moskva Azərbaycanın Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması məsələsi üzrə mövqeyini anlaya bilmir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin şərhində deyilir. Şərhdə bildirilir: “Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin ÜAK-ın məhkəmə qaydası ilə ləğvi məsələsinə dair yeni bəyanatına diqqət yetirdik. ÜAK məlum olduğu kimi federal qanunvericiliyi dəfələrlə pozduğuna görə ləğv edilib”.

Rusiya XİN-dən qeyd ediblər ki, bu məsələ üzrə ətraflı izahat artıq verilib: “Lakin fikrimizcə, cənab Hacıyevın Rusiya məhkəməsinin elə Rusiyanın ictimai təşkilatına qarşı qərarının Azərbaycana münasibətdə hansısa qeyri-dost addım olmasına, hətta Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyini hansısa formada çətinləşdirə biləcəyinə dair qəribə fikir yürütməyə davam edir. Bu bizdə artan anlaşılmazlıqdan başqa heç nə doğurmur”.

Şərhdə diqqətə çatdırılır ki, Rusiya çoxmillətli demokratik dövlətdir və orada milliyətindən asılı olmayaraq, hər kəsin hüququ təmin edilir və qorunur: “Azərbaycan əsilli Rusiya vətəndaşlarının maraqlarını 4-ü federal səviyyədə olmaqla 260-dan çox qeyri-kommersiya təşkilatı uğurla təmsil edir. Rusiya Azərbaycanla strateji tərəfdaşlığa dəyər verir. Ölkələrimizin ikitrəfəli və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyət üzrə geniş perspektivləri var. Onları uydurma problemlərlə pozmağa dəyərmi?!”.

DİGƏR XƏBƏRLƏR

Top