Alimlər 90%-i sudan ibarət olan poladdan 5 dəfə möhkəm maddə hazırlayıblar

Yapon elm adamları tibb sahəsində inqilabi yeniliyə imza atıblar.

“Yeniavaz.com” xarici mətbuata istinadən xəbər verir ki, yaponlar hidrogel adı verdikləri maddəni inkişaf etdirərək poladdan 5 dəfə möhkəm hala gətiriblər.

Sözügedən maddə oynaq əməliyyatları və yaralanmaların müalicəsində istifadə edləcək.

Bu hidrogel maddəsinin 90%-i sudan ibarətdir. Çevik və güclü olan bu maddə yeni araşdırmalarla

jeleyə oxşayan bu maddəni şüşə ilə birləşdirən alimlər bu maddənin tibbdən başqa sahələrdə də istifadə edilə biləcəyi deyilir. Belə ki, bunun sayəsində yumuşaq, ancaq keyfiyyətli, cırılmayan parça və hətta güllə keçirməz qoruyucular istehsal olunacaq.

Maddəni inkişaf etdirən alimlər, beton kimi möhkəm maddəni parçalayan bitkilərdən ilhamlanıblar.

Qeyd edək ki, hidriogelləri gücləndirmək üçün istifadə edilən bu texnologiya ilə plastik maddəni polad kimi möhkəmləşdirmək mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top