Rusiya Anarın yerini deyən şəxsə mükafat vəd etdi

Rusiya Daxili İşlər Nazirliyi pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi döyərək qətlə yetirən Anar Allahverənovun yerini təyin etməyə yardım edəcək informasiya verəcək şəxsə mükafat vəd edib. Bu barədə nazirliyin Xabarovsk vilayəti üzrə idarəsinin rəsmi saytı məlumat yayıb. 19.01.1992 il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunun yeri ilə bağl ıiformasiya verəcək şəxsə yarım milyon rubl (təxminən 15 min manat) veriləcək. Məlumatı verən şəxsin anonimliyinin qorunacağı vurğulanır.

Qeyd edək ki, ötən gün Xabarovskdakı Azərbaycan diasporunun fəallarından olan Qafur Əliyev mətbuata açıqlamasında A. Allahverənovun təslim olduğunu bildirmişdi.Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top