Mətanət Əliverdiyeva: Ərimdən boşanma xəbərim şou idi

ATV-nin tanınmış siması Mətanət Əliverdiyeva müsahibə verib.

O, iki oğuldan sonra qız anası olmaq istədiyini və bir ara boşanma xəbəri ilə gündəmə gəlməyinin şou olduğunu etiraf edib.

“Ailədə elə şeylər olur ki, qadın onu gizlətməlidir. Qadın ailədə aparıcı qüvvədir. Bütün prosesləri qızışdıra, soyuda da bilər. Ona görə ana olmaq çətindir.

İki oğul övladım var. Biri böyükdür – 26 yaşın içindədir. O birisi isə hələ balacadır, 3-cü sinifdə oxuyur. İki oğlan övladından sonra qız anası olmaq istərdim. O da ki qismət. Bilirsiniz, qız anası olmaq böyük bir məsuliyyətdir”,- deyə aparıcı söyləyib.

O, “Mətbuatda həyat yoldaşınızdan ayrılmağınızla bağlı xəbərlər yayılmışdı. Yenidən ailə həyatı qurmaq istəyərdiniz?” sualına isə belə cavab verib: “Mənim ailəmə nə gəlib ki? O da bir şou idi. Hər bir şeydə şou axtarmaq lazımdır” (gülür).azxeber.com

DİGƏR XƏBƏRLƏR

Top