AMEA-dan gülünc açıqlama: "Növbəti günəş tutulmasının 2035-ci ildə olması ehtimal edilir" FOTOFAKT

"Milli Elmlər Akademiyasının rəhbərliyi istefaya getməlidir". "Yeniavaz.com" xəbər verir ki, belə bir təklifi ictimai fəal Bəxtiyar Hacıyev səsləndirib. Bəxtiyar Hacıyev "facebook" hesabında yazdığı məlumatda qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi veb-saytında 21 avqust tarixində baş tutan günəş tutulması ilə bağlı yanlış xəbərə yer verilib. Belə ki, 14 avqust tarixində Milli Elmlər Akademiyasının rəsmi veb-saytı - "www.science.gov.az"da yerləşdirilən xəbərdə qeyd olunur ki, "Növbəti günəş tutulmasının 2035-ci ildə olması ehtimal edilir". İctimai fəal Bəxtiyar Hacıyev Akademiyanın bu cür açıqlama verməsinə etiraz edərək bildirir ki, dünya növbəti 100 ildə harada, hansı saniyədə hansı koordinatlarda tutulmalar olacaqsa, onun siyahısını yayıb: "Siz hansı əsrdə qalmısınız, özünüz geridə qalmısınız, mətbuatı niyə aldadıb "2035-də olacağı ehtimal edilir" yazmısınız?" Bəxtiyar Hacıyev onu da qeyd edib ki, özünə, nüfuzuna hörmət edən KİV-lər Milli Elmlər Akademiyasını sıxmalıdırlar, onları gülməli duruma düşürdüyünə görə sorğulamalıdırlar, heç bir normal elmi nailiyyəti olmayan qurum rəhbərliyinin istefası barədə çağırışlar etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top