Goranboyda toyuğun yumurtası hamını təəccübləndirir FOTO

Toyuq saplaqlı yumurtlayıb, bir çoxları onu qumbaraya da bənzədir. "Yeniavaz.com" xəbər verir ki, maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara rəngli toyuğu fərqli görnüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir ki, təsərrüfatında belə hadisənin baş verdiyini bildirib. Onun sözlərinə görə, ən qəribəsi də yumurtadan başqa qumbara, armud və digər əşyaları xatırladan yumurtanın sarısı yoxdur. Bu qeyri-adiliyin səbəbini heç özü də bilmir: "O qədərdə böyük ölçülü olmayan saplaqlı yumurta görənlərin də diqqətini çəkib".

Mütəxəssislər canlının qeyri-adi formalı yumurta verməsini toyuğun orqanizimində baş verən çatışmamazlıqla bağlı olduğunu bildirirlər.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top