Xəstənin qarnından 39 mismar, alışqandırnaqtutan çıxarıldı

Misirli cərrah pasiyentin qarnından 39 mismar, alışqan və dırnaqtutan çıxarıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, cərrah Əbdürrəhman Mustafa bildirib ki, 30 yaşlı pasiyent qarın ağrılarından şikayət edib.

Həkim ultrasəs araşdırma şəkillərində qəribə əşyalar aşkarlayıb və təəccüblənib. Nəticədə həkim 3 saat davam edən əməliyyatdan sonra 39 mismar, alışqan və dırnaqtutan çıxarıb. Cərrah deyib ki, xəstənin vəziyyəti beş gündən sonra sabitləşəcək, o, 15 sutkadan sonra isə xəstəxandan buraxılacaq.

Xəstənin qohumları həkimə bildirib ki, o, birinci dəfədir belə vəziyyətə düşmür. Belə ki, o daha əvvəl yad alətləri udub.

DİGƏR XƏBƏRLƏR

Top